Bakı. 10 dekabr. REPORT.AZ/ Neft ixrac edən ölkələr Təşkilatının (OPEC) qərarına əsasən, Səudiyyə Ərəbistanı 2017-ci ilin yanvarından ABŞ və Avropa İttifaqı ölkələrinə neft tədarükünü azaldır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı həmin ölkələrdən olan müştərilərini xəbərdar edib.
İnformasiyaya əsasən, bu, Asiya ölkələrindən olan müştərilərə demək olar ki, şamil edilməyəcək.
Qeyd edək ki, OPEC-ə üzv dövlətlər sutkalıq neft hasilatını 1,2 milyon barel, üzv olmayanlar isə 600 min barel azlatmaq haqda razılığa gəliblər.
Yaxın günlər təşkilata üzv və neft ixrac edən başqa dövlətlərin iştirakı ilə sammitin keçirilməsi planlaşdırılıb.