Səudiyyə Ərəbistanı ABŞ-ın infrastrukturuna 40 mlrd. dollar yatıra bilər

Səudiyyə Ərəbistanı ABŞ-ın infrastrukturuna 40 mlrd. dollar yatıra bilər Bu barədə yekun qərar hələ qəbul olunmayıb
Digər ölkələr
12 May , 2017 04:00
Səudiyyə Ərəbistanı ABŞ-ın infrastrukturuna 40 mlrd. dollar yatıra bilər

Bakı. 12 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Milli Rifah Fondu ABŞ infrastrukturuna 40 milyard dollara yaxın investisiya yatırmaq planlarını elan etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, investisiyalar barədə gələn həftənin əvvəli, ABŞ prezidenti Donald Trampın Krallığa səfəri zamanı elan oluna bilər. Bu barədə yekun qərar hələ verilməyib və ola bilsin ki, təxirə salınsın.

Son xəbərlər

Orphus sistemi