Səudiyyə Ərəbistanının 17 təbəəsi ABŞ-dan saxta pasportla qaçırılıb

Səudiyyə Ərəbistanının 17 təbəəsi ABŞ-dan saxta pasportla qaçırılıb Bakı. 15 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ABŞ-da müxtəlif cinayətlərdə şübhəli bilinən 17 təbəəsinin zaminə buraxılmaları üçün girovlarını ödəyərək mühakimə olunmazdan əvvəl ölkədən qaçmalarına yardım edib.
Digər ölkələr
15 Fevral , 2019 13:05
Səudiyyə Ərəbistanının 17 təbəəsi ABŞ-dan saxta pasportla qaçırılıb
0 : 00
0 : 00

Bakı. 15 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ABŞ-da müxtəlif cinayətlərdə şübhəli bilinən 17 təbəəsinin zaminə buraxılmaları üçün girovlarını ödəyərək mühakimə olunmazdan əvvəl ölkədən qaçmalarına yardım edib.

“Report” “Yeniakit”ə istinadən xəbər verir ki, məlumatı CNN televiziyası yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanının ABŞ və Kanadada barələrində müxtəlif ittihamlar irəli sürülən vətəndaşları girov pulunu ödəyərək Krallığa qaçmağa nail olub. Bu işdə Krallığın həmin ölkələrdəki səfirlik və konsulluqlarının adları hallanır. Həmin şəxslərin saxta pasportla ABŞ və Kanadadan qaçırıldıqları vurğulanıb.

Son xəbərlər

Orphus sistemi