Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampa Birləşmiş Ştatları NATO-dan çıxarmağı qadağan edən qanun layihəsini qəbul edib.
"Report" TASS-a istinadən xəbər verir ki, səsvermə prosesi zamanı 357 nəfər qanun layihəsinin lehinə səs verib.
Konqresmenlərdən 22-i sənədin əleyhinə çıxıb. Qanun dövlət başçısına Birləşmiş Ştatları Şimali Atlantika Alyansından çıxarmağı qadağan edir. Səsvermənin nəticələri Konqresin saytında dərc edilib.
Sənədin müəllifi, demokrat konqresmen Cim Panetta qeyd edib ki, "NATO-ya dəstək haqqında" qanun layihəsi prezidentə bu addıma görə büdcə vasitələrindən istifadəni qadağan edir.
Daha əvvəl Donald Tramp "Ən pis aktyor" nominasiyasına layiq görülüb.