BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri: "Öz qətnamələrimizi oxuyaq və həyata keçirək"

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri: "Öz qətnamələrimizi oxuyaq və həyata keçirək" Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası başa çatıb, sabah isə növbəti - 74-cü sessiya başlayacaq.
Digər ölkələr
17 Sentyabr , 2019 11:09
BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri: Öz qətnamələrimizi oxuyaq və həyata keçirək

Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası başa çatıb, sabah isə növbəti - 74-cü sessiya başlayacaq.

"Report" BMT-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, estafeti xələfinə ötürərkən Baş Assambleyanın 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa fəaliyyətinin nəticələri barədə danışıb.

Baş Assambleyanın 73-cü sessiyasının bağlanış mərasimində BMT-nin Baş katibi Antoniu Quterriş Mariya Espinosanın gender bərabərliyi, miqrasiya, layiqli iş, ətraf mühitin qorunması, əlillərin hüquqları, sülh və təhlükəsizlik problemlərinin həllinə gənclərin cəlb edilməsi, təşkilatın işinin canlandırılmasına yönəlik fəaliyyətini yüksək qiymətləndirib.

M.Espinosanın rəhbərliyi ilə Baş Assambleya 347 qətnamə qəbul edib - bu, əvvəlki illərə nisbətən daha çoxdur, qeyri-rəsmi görüşlər, brifinqlər, interaktiv dialoqlar, tematik müzakirələr və məsləhətləşmələr nəzərə alınmadan 108 plenar iclas keçirilib.

Onun sözlərinə görə, rəqəmlər elə də vacib deyil: "Daim BMT ölkələrinə çağırış edirəm: gəlin, öz qətnamələrimizi oxuyaq və həyata keçirək".

Ümumiyyətlə, 73-cü sessiyanın digər iki mühüm hadisəsi BMT Baş katibinin də qeyd etdiyi kimi, miqrasiya və qaçqınlar haqqında iki beynəlxalq sazişin qəbul edilməsi olub.

Son xəbərlər

Orphus sistemi