Yuxarı

Avropa İttifaqı Şurası “sərt Brexit”lə bağlı bəzi tədbirləri razılaşdırıb

“Sərt Brexit”lə bağlı bəzi tədbirlər razılaşdırılıb

Avropa İttifaqı Şurası Böyük Britaniyanın qurumun üzvlüyündən saziş imzalamadan çıxması üçün bəzi tədbirləri razılaşdırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu tədbirlər müvəqqəti xarakter daşıyır və Böyük Britaniyaya Aİ üzvlüyünün üstünlüklərindən faydalanmağa tam imkan vermir. Həmin tədbirlər “sərt Brexit"in bəzi sahələrdə səbəb olacağı fəsadları yumşaltmaq məqsədi daşıyır. Onların arasında nəqliyyat, balıqçılıq, “Erasmus+” proqramı da var.

Böyük Britaniyanın "Brexit" üzrə naziri Steven Barkli parlamentdə "Brexit"in şərtlərinə dair daha bir səsvermə keçirmək təklifini irəli sürüb. Nazir saziş layihəsinin parlamentdə iki dəfə rədd edilməsinə baxmayaraq, deputatlar tərəfindən dəstəyin artdığını söyləyib. S.Barkli həmçinin hökumətin parlament sessiyasını başa çatdırması və yenisini açması üçün Kraliça II Elizabetə müraciət ünvanlaması ehtimalını da rədd edib.

Bundan əvvəl Baş nazir Tereza Mey "Brexit"ə dair növbəti səsvermənin martın 20-dək keçiriləcəyini açıqlamışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi