Yuxarı

Şərqi Qutada 28 nəfər girovluqdan azad olunub

Şərqi Qutada 28 nəfər girovluqdan azad olunub

Bakı. 27 mart. REPORT.AZ/ Şərqi Qutada 28 nəfər Suriya hərbçiləri tərəfindən girovluqdan azad olunub.

"Report" xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Məlumata görə, dinc sakinlər hərbçilərin Ərbin şəhərini silahlılardan təmizlədikdən sonra azad ediliblər. Agentlik bildirib ki, onlar silahlılar tərəfindən oğurlanıb.

Bu, Suriya hərbçilərinin azad etdikləri ilk girovlar deyil. Daha əvvəl də Şərqi Qutada bir neçə insan qrupu terrorçuların həbsxanasından azad edilib.

Hərbçilər həmçinin silahlıların tunel şəbəkələrini, gizli hospitalları və silah anbarlarını tapmaqda davam edirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi