Yuxarı

Sergey Lavrov mayın 31-də Şimali Koreyaya səfər edəcək

Sergey Lavrov mayın 31-də Şimali Koreyaya səfər edəcək
Rusiya XİN başçısı şimali koreyayalı həmkarı Li Yon Honun dəvəti ilə səfərə çıxacaq

Bakı. 30 may. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Moskvadakı səfirliyindən Rusiya XİN başçısının şimali koreyayalı həmkarı Li Yon Honun dəvəti ilə səfərə çıxacağı bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı təsdiq edərək səfərin mayın 31-də baş tutacağına aydınlıq gətirib.

Məlumata görə, görüşdə ikitərəfli münasibətlər, gündəmə olan aktual məsələlər, eləcə də Koreya yarımadası ətrafındakı vəziyyət, digər beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsinin aparılması gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi