​Sergey Lavrov və Con Kerri Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər

​Sergey Lavrov və Con Kerri Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər Müzakirələr telefon söhbəti zamanı aparılıb
Digər ölkələr
2 Yanvar , 2015 03:56
​Sergey Lavrov və Con Kerri Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər
Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın Dövlət katibi Con Kerri telefon söhbəti zamanı Fələstin-İsrail münaqişəsinin nizamlanması sahəsində hazırki vəziyyəti nəzərdən keçiriblər, həmçinin Suriyadakı vəziyyət və Ukrayna böhranını müzakirə ediblər.

"Report" Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, tərəflər bayram təbrikləri ilə yanaşı Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərin bəzi məsələlərinə də toxunublar.

Telefon söhbətinin ABŞ tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi