Bakı. 12 sentyabr. REPORT.AZ/ Serbiya Prezidenti Tomislav Nikoliç Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası Fransisk və bu dövlətin rəsmiləri ilə görüşüb.
Görüşlərdə Avropadakı miqrant böhranı, hər iki ölkəni maraqlandıran bir sıra məqamlar, Kosovo məsələsi diqqət mərkəzində olub. Söhbət zamanı Serbiyanın miqrant probleminin həllində göstərdiyi səylər xüsusi vurğulanıb.