Seneqal Qambiyaya qoşun yeritməyə hazırlaşır

Seneqal Qambiyaya qoşun yeritməyə hazırlaşır Ordu artıq iki dövlətin sərhədindədir
Digər ölkələr
19 Yanvar , 2017 06:42
Seneqal Qambiyaya qoşun yeritməyə hazırlaşır

Bakı. 19 yanvar. REPORT.AZ/ Seneqal ordusu prezident Yəhya Camme istefaya getməzsə, qoşunun Qambiya ərazisinə girməyə hazır olduğunu bəyan edib.

"Report" xəbər verir ki, ordu artıq iki ölkənin sərhədinə çıxarılıb.

"Biz hazırıq və gecəyarısına qədər gözləyəcəyik. Əgər məsələ siyasi yolla öz həllini tapmazsa, müdaxilə edəcəyik", - deyə "Reuters" Seneqal ordusu nümayəndəsinin sözlərini sitat gətirib.

Yəhya Camme Qambiyada keçirilən prezident seçkilərini Endryu Berrouya uduzsa da, səlahiyyətlərini təhvil verməkdən imtina edib. Berrou isə Seneqala sığınaraq, ondan postunu tərk etməyini tələb edir.

Son xəbərlər

Orphus sistemi