Xərçəng xəstəliyindən müalicə edilən Maykl Bennet ABŞ prezidentliyinə namizədliyini irəli sürüb

Xərçəng xəstəliyindən müalicə edilən Maykl Bennet ABŞ prezidentliyinə namizədliyini irəli sürüb ABŞ-ın Kolorado ştatının senatoru Maykl Bennet Demokrat Partiyasından seçkiqabağı kampaniyasının başlanğıcını elan edərək, prezidentliyə namizədlik üçün mübarizəyə başlayıb.
Digər ölkələr
3 May , 2019 01:30
Xərçəng xəstəliyindən müalicə edilən Maykl Bennet ABŞ prezidentliyinə namizədliyini irəli sürüb

ABŞ-ın Kolorado ştatının senatoru Maykl Bennet Demokrat Partiyasından seçkiqabağı kampaniyasının başlanğıcını elan edərək, prezidentliyə namizədlik üçün mübarizəyə başlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, onun namizədliyini irəli sürməsi təxirə salınmışdı. Buna səbəb senatorun prostat vəzi xərçəngindən müalicə edilməsi idi.

Bir zamanlar Denver məktəb dairəsinə rəhbərlik etmiş Bennet CBS kanalının efirində özünün namizədliyini irəli sürməsini elan edib. O, vurğulayıb ki, xəstəliyini ictimaiyyətdən gizlətmək istəməyib. "Dramatikləşdirmək istəmirəm, amma, əgər xəstəlik vaxtında diaqnoz qoymasaydılar, o, məni öldürə bilərdi", - deyə Bennet müsahibəsində bildirib.

"Bu, olmayacaq, çünki mənim sığortam və layiqli tibbi xidmətim var", - deyə senator əlavə edib.

Qeyd edək ki, Maykl Bennetin ABŞ prezidentliyə namizədliyini irəli sürmək niyyəti barədə xəbər bir neçə gün əvvəl yayılıb.

Son xəbərlər

Orphus sistemi