Yuxarı

Senat ABŞ-da fövqəladə vəziyyət rejiminin ləğvinə səs verib

ABŞ Senatı üzvlərinin əksəriyyəti prezident Donald Trampın tətbiq etdiyi fövqəladə vəziyyət rejiminin ləğvinə dair qətnaməni dəstəkləyib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, səsvermə hələ davam edir, lakin sənədin qəbul olunması üçün artıq kifayət sayda səs toplayıb.

Bu qətnamə Trampa Meksika ilə sərhəddə divarın tikintisi üçün digər fondlardan vəsait götürməyi qadağan edir.

Daha əvvəl ABŞ-ın Nümayəndələr Palatası fövqəladə vəziyyət rejiminin ləğvinə səs vermişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi