Sel fəlakəti İtaliyanın cənub bölgələrində dağıntılara səbəb olub

Sel fəlakəti İtaliyanın cənub bölgələrində dağıntılara səbəb olub Məktəblər və bir sıra sosial obyektlər müvəqqəti olaraq fəaliyyətini dayandırıb
Digər ölkələr
16 Oktyabr , 2015 04:06
Sel fəlakəti İtaliyanın cənub bölgələrində dağıntılara səbəb olub

Bakı. 16 oktyabr. REPORT.AZ/ İtaliyanın Abruzzo və Kampanya bölgələrində qasırğa və güclü yağış dağıntılara səbəb olub. Xüsusilə Kampanya regionunda baş vermiş təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib, yaralananlar var. Bu bölgələrdə məktəblər və bir sıra sosial obyektlər müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Güclü yağış Kalore çayının daşması ilə nəticələnib. Daşqın nəticəsində bir sıra qatar reysləri təxirə salınıb. Pis hava şəraiti torpaq sürüşmələri və sel nəticəsində dağılmış ərazilərdə xilasedicilərin işini çətinləşdirib.

Son xəbərlər

Orphus sistemi