"Sarı jiletlilər"in aksiyasında nalayiq hərəkət edən jurnalist cərimələnib

"Sarı jiletlilər"in aksiyasında nalayiq hərəkət edən jurnalist cərimələnib Fransada sarı jiletlilərin aksiyası zamanı polisə nalayiq hərəkət edən jurnalist cərimələnib.
Digər ölkələr
15 Noyabr , 2019 21:09
Sarı jiletlilərin aksiyasında nalayiq hərəkət edən jurnalist cərimələnib

Fransada "sarı jiletlilər"in aksiyası zamanı polisə nalayiq hərəkət edən jurnalist cərimələnib.

"Report"un Fransa bürosu xəbər verir ki, qərar bu gün Parisin İslah Məhkəməsi tərəfindən verilib.

Məhkəmənin qərarına əsasən 32 yaşlı jurnalist, "Taranis news"un rəhbəri Gaspard Glanz "sarı jiletlilər"in aprel ayındakı aksiyası zamanı polislərə göstərdiyi nalayiq barmaq işarəsinə görə hökumətə 300 avro və iki polis əməkdaşının hərəsinə 100 avro olmaqla, 200 avro cərimə ödəyəcək.

Fransanın Baş naziri Eduard Filip məhkəmədən qabaq jurnalisti müdafiə etməyə çalışan jurnalist təşkilatlarına cavab olaraq hamının qanun qarşısında bərabər olduğunu bildirib.‏

Son xəbərlər

Orphus sistemi