"Sarı jiletlilər"in aksiyasında bir nümayişçi gözünü itirib - VİDEO

"Sarı jiletlilər"in aksiyasında bir nümayişçi gözünü itirib - VİDEO Ötən şənbə sarı jiletlilərin keçirdiyi aksiyada bir nümayişçi gözünü itirib.
Digər ölkələr
19 Noyabr , 2019 18:07
Sarı jiletlilərin aksiyasında bir nümayişçi gözünü itirib - VİDEO

Ötən şənbə "sarı jiletlilər"in keçirdiyi aksiyada bir nümayişçi gözünü itirib. 

"Report"un Fransa bürosu xəbər verir ki, hadisə aksiya iştirakçılarının böyük hissəsinin yığışdığı Parisin İtaliya meydanında qeydə alınıb. 

Belə ki, Fransanın şimalında yerləşən Valenciennes şəhərindən aksiyada iştirak etmək üçün Parisə gəlmiş Manu adlı şəxs bir qrup nümayişçi ilə dinc şəkildə söhbət edirmiş. Bu zaman polisin atdığı gözyaşardıcı qazın gülləsi onun gözünə dəyib. Həkimlərin səylərinə baxmayaraq, onun gözünü xilas etmək mümkün olmayıb. 

Həyat yoldaşı ərinin göz qapağının parça-parça olduğunu açıqlayıb. 

Faktla bağlı Paris Şəhər Prokurorluğu araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi