Şanxayda fabrikin divarı uçub, 10 nəfər ölüb

Şanxayda fabrikin divarı uçub, 10 nəfər ölüb Çinin Şanxay şəhərində binanın uçması nəticəsində 10 nəfər ölüb.
Digər ölkələr
17 May , 2019 06:43
Şanxayda fabrikin divarı uçub, 10 nəfər ölüb

Çinin Şanxay şəhərində binanın uçması nəticəsində 10 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər hakimiyyətinə istinadən "Sinxua" məlumat yayıb.

Hadisə cümə axşamı günün birinci yarısında Çannin rayonunun Çjaoxua küçəsində qeydə alınıb.

Məlumata görə, söküntüyə hazırlıq işlərinin getdiyi köhnə fabrikin bir divarı uçub. Bu zaman binada 25-dən çox işçi olub. Xəstəxanaya yerləşdirilən yaralılardan 10-u dünyasını dəyişib. Yaralıların dəqiq sayı məlum deyil.

Son xəbərlər

Orphus sistemi