Şanxayda binanın çökməsi nəticəsində 5 nəfər ölüb, 14 nəfər xilas edilib - YENİLƏNİB

Şanxayda binanın çökməsi nəticəsində 5 nəfər ölüb, 14 nəfər xilas edilib - YENİLƏNİB Şanxayda binanın çökməsi nəticəsində 5 nəfər ölüb.
Digər ölkələr
16 May , 2019 15:20
Şanxayda binanın çökməsi nəticəsində 5 nəfər ölüb, 14 nəfər xilas edilib - YENİLƏNİB

Şanxayda binanın çökməsi nəticəsində 5 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, təmir işləri aparılan fabrik binasının damı qismən çöküb. 

Hadisə zamanı binada 20 işçi olub. Son məlumatlara görə, xilasedicilər 19 nəfəri dağıntılar altından çıxarıblar. Binanın çökməsi nəticəsində ağır xəsarət alan işçilərdən 5-nin həyatını xilas etmək mümkün olmayıb.  

Sağ qalmış 14 nəfərin vəziyyəti sabit olaraq qiymətləndirilir. Bir nəfərin axtarışları davam edir. 

Hadisənin səbəbi hələlik məlum deyil. 


*** 10:34

Bu gün səhər saatlarında Şanxayda təmir gedən binanın çökməsindən sonra, təxminən, 20 nəfər dağıntılar altında qalıb.

Bu barədə "Report" "Sputnik"ə istinadən xəbər verir.

Çin mətbuatının yazdığına görə, hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xilasedicilər azı 4 nəfəri xilas ediblər.

Hazırda hadisənin başverməsinin mümkün səbəbləri barədə rəsmi məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi