Yuxarı

Şanxay hava limanında 400-dən çox reys ləğv edilib

Şanxay hava limanında 400-dən çox reys ləğv edilib
Buna şəhərə yağan leysan yağışları səbəb olub
© Courtesy İmage

Bakı. 11 iyun. REPORT.AZ/ Şənbə günü Şanxay şəhərinin iki beynəlxalq hava limanında leysan yağışları səbəbindən 400-dən çox reys ləğv edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "China aviation daily" məlumat yayıb.

Pudun və Xuntsyao aeroportlarının ötürmə qabiliyyəti 50 faiz aşağı düşüb, ləğv olunan reyslərlə yanaşı, 200-dən çox aviareys ən azı 2-4 saat gecikmə ilə həyata keçirilib.

Hava şəraiti, həmçinin Şanxay yaxınlığında yerləşən Nankin və Xançjou şəhərlərinin hava limanlarına da təsir göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi