Bakı. 29 aprel. REPORT.AZ/ Şanxayın "Xuntsyao" hava limanında baş verən yanğın nəticəsində 2 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə "Sina" xəbər portalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində daha 3 nəfər yaralanıb.
Yanğın aeroportun təmir işlərinin getdiyi yeraltı mərtəbələrindən birində baş verib. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.
Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb. Sərnişinlərin təxliyəsi və aviareyslərin gecikməsi barədə məlumat yoxdur.