Sankt-Peterburqda yaşayış binasında partlayıcı qurğu zərərsizləşdirilib

Sankt-Peterburqda yaşayış binasında partlayıcı qurğu zərərsizləşdirilib 3 nəfər şübhəli şəxs saxlanılıb
Digər ölkələr
6 Aprel , 2017 12:30
Sankt-Peterburqda yaşayış binasında partlayıcı qurğu zərərsizləşdirilib
fontanka.ru

Bakı. 6 aprel. REPORT.AZ/ Sankt-Peterburqda yaşayış binasında partlayıcı qurğu zərərsizləşdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şəhərin Nevski rayon administrasiyasının rəhbəri Konstantin Serov məlumat verib.

"Partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib", - o bildirib.

Daha əvvək "fontanka.ru" portalı Sankt-Peterburqda polis əməkdaşlarının səhər saatlarında Yoldaş prospektində yerləşən binadan 3 nəfəri əli qandallı çıxardığını yazıb. Məlumata görə, saxlanılan şəxslərin hamısı kişidir və Mərkəzi Asiya ölkələrindəndirlər.

Bundan əvvəl binada şübhəli əşya aşkar edildiyindən sakinlər sahər tezdən təxliyə edilmişdi.

Son xəbərlər

Orphus sistemi