Sankt-Peterburqda terror aktlarının hazırlanmasına görə 7 nəfər saxlanılıb

Sankt-Peterburqda terror aktlarının hazırlanmasına görə 7 nəfər saxlanılıb Onların şəxsiyyətləri istintaq sirri olduğundan açıqlanmır
Digər ölkələr
28 İyul , 2017 13:39
Sankt-Peterburqda terror aktlarının hazırlanmasına görə 7 nəfər saxlanılıb
Ria.ru

Bakı. 28 iyul. REPORT.AZ / Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqda, o cümlədən dəmiryolunda terror aktlarının hazırlanmasına görə Mərkəzi Asiya mənşəli 7 nəfəri saxlayıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FTX-dən bildirilib.

Saxlanılanların şəxsiyyətləri istintaq sirri olduğundan açıqlanmır. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeski institut-2" stansiyaları arasında partlayış baş verib. Terror aktı zamanı 16 nəfər, o cümlədən terrorçu Akbarjon Cəlilov, ölüb. Bu terror aktının araşdırılması çərçivəsində 10 nəfər həbs edilib.

Son xəbərlər

Orphus sistemi