​Sankt-Peterburqda naməlum şəxslər 7 avtomobilə od vurub

​Sankt-Peterburqda naməlum şəxslər 7 avtomobilə od vurub Nəticədə 3 avtomobil tamamilə yanıb, daha dördünə isə qismən ziyan dəyib
Digər ölkələr
30 Dekabr , 2015 08:00
​Sankt-Peterburqda naməlum şəxslər 7 avtomobilə od vurub

Bakı. 30 dekabr. REPORT.AZ/ Sankt-Peterburqda Yeni il ərəfəsində "əylənmək" istəyən naməlum şəxslər Pulkovsk küçəsində 7 avtomobili yandırıb.

"Report" xəbər verir ki, müşahidə kameraları cinayətin necə baş verdiyini lentə alıb. Dekabrın 28-də gecə saatlarında başlarına Şaxta Baba papağı keçirmiş iki şəxs maşınlara yaxınlaşaraq, üzərlərinə tez alışan məhlul tökərək od vurub. Üç avtomobil dərhal alışıb, yaxınlıqda olan daha 4 maşına isə qismən ziyan dəyib. Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olublar. 

Son xəbərlər

Orphus sistemi