Yuxarı

Sanders: "ABŞ Suriyaya qarşı bütün mümkün tədbirləri nəzərdən keçirir"

Sanders: "ABŞ Suriyaya qarşı bütün mümkün tədbirləri nəzərdən keçirir"
Bunu ABŞ prezidentinin mətbuat katibi Sara Sanders deyib

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ Suriyaya qarşı bütün mümkün tədbirləri nəzərdən keçirir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Sara Sanders deyib.

"Prezident aydın şəkildə bildirdi ki, biz müttəfiq və tərəfdaşlarımızla, milli təhlükəsizlik qrupumuzla işləyirik və bütün imkanları nəzərdən keçiririk. Bütün imkanlar düşünülür, amma hadisləri qabaqlamaq istəmirəm", — deyə Sanders əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi