Bakı. 23 yanvar. REPORT.AZ/ Yəmənin paytaxtı Sanada iki partlayış baş verib
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, partlayışlardan biri raket və silahların olduğu anbarda qeydə alınıb.
"Al Arabia" isə bildirib ki, partlayış anbarın ətrafındakı əməliyyat zamanı törədilib. Hadisənin təfərrüatı hələ ki, açıqlanmır.
Daha əvvəl Yəməndə hərbi parada hücum olub, nəticədə 6 hərbçi ölüb, 20-si yaralanıb.