ABŞ-ın UPS şirkətinin ofisində atışma nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB

ABŞ-ın UPS şirkətinin ofisində atışma nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB Ölənlərin hamısı sürücü olub
Digər ölkələr
15 İyun , 2017 01:10
ABŞ-ın UPS şirkətinin ofisində atışma nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB
Courtesy İmage

Bakı. 15 iyun. REPORT.AZ/ Birləşmiş Ştatların San-Fransisko şəhərində atışma nəticəsində 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ABC7 telekanalı məlumat yayıb.

UPS şirkətinin əməkdaşı bağlamaların çeşidlənməsi məntəqəsində insanlara tapançadan atəş açıb. O, üç nəfəri güllələyib, daha sonra özünü vurub. İki nəfər yaralanıb.

Hadisənin motivləri hələ ki, müəyyən edilməyib, lakin polis iddia edir ki, baş verən hadisə terror aktı deyil. UPS-in məlumatına görə, atəş açan şəxs də daxil olmaqla ölənlərin hamısı şirkətdə sürücü işləyib.

***21:32/14 iyun


ABŞ-ın San-Fransisko şəhərində yerləşən "United Parcel Service" logistika şirkətinin ərazisində atışma baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var, atəş açan şəxs öldürülüb.

NBC öz mənbələrinə istinadən hücum zamanı iki nəfərin öldüyünü məlumat verib.

Hadisə ilə bağlı araşdırma gedir, polis vətəndaşlara insident baş verən ərazidən kənar gəzməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi