Yuxarı

Salvadorun sabiq prezidenti 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Salvadorun sabiq prezidenti Antonio Saka korrupsiyaya görə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin prokurorluğu məlumat yayıb.

"Sabiq prezident Elias Antonio Saka pul və aktivlərin oğurlanması və yuyulmasına görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq dövlət başçısı korrupsiya ilə bağlı cinayətə görə həbs edilən ilk sabiq prezident olub", - deyə bəyanatda bildirilir.

Saka 2016-cı ildə korrupsiya və dövlət vəsaitlərinin israf edilməsi ittihamı üzrə həbs olunub. O, 2004-2009-cu illərdə ölkə rəhbəri vəzifəsini tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi