Salvadordan ABŞ-a daha bir miqrant karvanı yola düşüb

Salvadordan ABŞ-a daha bir miqrant karvanı yola düşüb Bakı. 19 noyabr. REPORT.AZ/ Salvadordan Birləşmiş Ştatlara daha bir miqrant karvanı bazar günü yola düşüb.
Digər ölkələr
19 Noyabr , 2018 05:11
Salvadordan ABŞ-a daha bir miqrant karvanı yola düşüb

Bakı. 19 noyabr. REPORT.AZ/ Salvadordan Birləşmiş Ştatlara daha bir miqrant karvanı bazar günü yola düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, Salvadordan ABŞ istiqamətində yol alan artıq dördüncü miqrant karvanıdır.

Onun tərkibinə təqribən 50 nəfər daxildir, oktyabrın sonlarından ABŞ-a üz tutmuş salvadorluların ümumi sayı isə 3 min nəfəri ötür.

Onlar əvvəlcə Qvatemalaya, oradan isə Meksikaya getməli, daha sonra onun ərazisi ilə Amerikaya doğru hərəkət etməlidirlər.

Birləşmiş Ştatlara hazırda Meksika ərazisi ilə Hondurasdan bir neçə miqrant karvanı gedir, bununla belə təqribən 2 min nəfər Tixuana şəhəri ərazisində ABŞ sərhədinə çatıblar.

ABŞ hakimiyyəti qeyri-qanuni miqrantları qəbul etməyəcəklərini və sərhəddə təhlükəsizliyi gücləndirdiklərini bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi