Yuxarı

Sakit okeanda göyərtəsində 50 nəfərin olduğu gəmi itib

Sakit okeanda göyərtəsində 50 nəfərin olduğu gəmi itib
Kiribati və Yeni Zelandiyanın xilasetmə xidmətləri axtarışlara başlayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Kiribati və Yeni Zelandiyanın xilasetmə xidmətləri Sakit okeanda itən və göyərtəsində 50 nəfərin olduğu gəminin axtarışlarını aparır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü "New Zealand Herald" qəzeti yazıb.

Nəşrin məlumatına görə, gəmi Nonouti adasının limanından yanvarın 18-də çıxıb və iki gündən sonra Kiribatinin paytaxtı Cənubi Tarava şəhərinə çatmalı idi.

Gəminin yoxa çıxmasından sonra yerli hökumət gəminin axtarışı və xilasedilməsi əməliyyatlarına başlayıb. Bu həftə əməliyyatlara Yeni Zelandiyanın xilasetmə xidməti və müdafiə qüvvələri də qoşulub.

Bildirilir ki, bərə yüksək tezlikli radio ilə təchiz olunub, lakin gəmidə yanacaq və sərnişinlər üçün ərzaq məhsullarının kifaytə qədər olub-olmadığı məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi