Sakit Okeanda 5.3 bal gücündə zəlzələ baş verib

Sakit Okeanda 5.3 bal gücündə zəlzələ baş verib Sunami xəbərdarlığı elan olunmayıb
Digər ölkələr
22 Noyabr , 2015 01:15
Sakit Okeanda 5.3 bal gücündə zəlzələ baş verib

Bakı. 22 noyabr. REPORT.AZ/ Sakit okeandaki Tonqa adalarının sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Vavau adasındaki Naiafu şəhərindən 163 km. şimal-şərqdə yerləşib. Təbii fəlakətin ocağı 10 km. dərinlikdə yerləşib.

Zərərçəkən və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi