Şahzadə Harri nişanlandığını açıqlayıb

Şahzadə Harri nişanlandığını açıqlayıb Toyun gələn ilin yazında keçiriləcəyi planlaşdırılır
Digər ölkələr
27 Noyabr , 2017 17:28
Şahzadə Harri nişanlandığını açıqlayıb
Reuters

Bakı. 27 noyabr. REPORT.AZ/ Böyük Britaniya şahzadəsi Harri amerikalı aktrisa Meqan Markl ilə evlənir.

"Report" xəbər verir ki, bu barədə Britaniya kral sarayının mətbuat xidmətindən bildiriblər.

Nişan noyabr ayında baş tutub. Toyun gələn ilin yazında keçiriləcəyi planlaşdırılır.

Kral sarayından verilən bəyanatda şahzadə Harrinin istəyini kraliça II Yelizavetaya və Böyük Britaniyanın kral ailəsinin digər üzvlərinə bildirdiyi, eləcə də xanımın valideynlərindən xeyir-dua aldığı qeyd edilib.

Toydan sonra cütlük Kensinqton sarayının iqamətgahlarından birində yaşayacaq.

33 yaşlı şahzadə Harri Britaniya taxtının sayca beşinci varisidir.

Son xəbərlər

Orphus sistemi