​Sabah Tunisin yeni prezidenti and içəcək

​Sabah Tunisin yeni prezidenti and içəcək İkinci turda 88 yaşlı əs-Sibsi qalib gəlib
Digər ölkələr
30 Dekabr , 2014 10:55
​Sabah Tunisin yeni prezidenti and içəcək

Bakı. 30 dekabr. REPORT.AZ/ Tunisdə keçirilən prezident seçkisinin ikinci turunun rəsmi nəticələri açıqlanıb.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, ölkənin Müstəqil Yüksək Seçki Mərkəzinin sədri Şəfiq Sərsar prezident seçkisinin ikinci turunun nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib ki, Tunisin "Nida"sı Partiyasının namizədi əl-Baci Qaid əs-Sibsi səslərin 55,68 faizini, müstəqil namizəd, dövlətin indiki başçısı, Məhəmməd Münsif əl-Merzuki isə səslərin 44,32 faizini toplayıb.

Dekabrın 31-də parlamentdə əs-Sibsinin əl-Merzukidən hakimiyyəti təhvil alaraq, and içəcəyi gözlənilir.

2015-ci il yanvarın 14-dən isə əs-Sibsi rəsmi olaraq Tunisi idarə etməyə başlayacaq.

Xatırladaq ki, seçkinin ikinci turu dekabrın 21-də keçirilib.

Son xəbərlər

Orphus sistemi