Saakaşvilinin Lvovdan olan tərəfdarları onu Polşa ilə sərhəddə qarşılamağa çıxıblar

Saakaşvilinin Lvovdan olan tərəfdarları onu Polşa ilə sərhəddə qarşılamağa çıxıblar Saakaşvilinin tərəfdarları siyasətçinin sərhədi keçəcəyinə əmindir
Digər ölkələr
10 Sentyabr , 2017 11:41
Saakaşvilinin Lvovdan olan tərəfdarları onu Polşa ilə sərhəddə qarşılamağa çıxıblar

Bakı. 10 sentyabr. REPORT.AZ/ Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının olduğu yüzlərlə avtomobil və mikroavtobus karvanı Ukraynanın Lvov şəhərində - Polşa ilə sərhəddə onu qarşılamağa çıxıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Qeyd edilir ki, Saakaşvilinin tərəfdarları siyasətçinin sərhədi keçəcəyinə və buraxılış məntəqəsində sərhədçilərin keçmiş qubernatoru ölkə ərazisinə buraxacaqlarına qədər qalacağına əmindirlər.

Polis nümayəndələri bildiriblər ki, gecə ərzində Polşayla sərhəddə, buraxılış məntəqəsi yaxınlığında qanun pozuntusu və bu qəbildən olan digər hər hansı hadisə qeydə alınmayıb.

Daha əvvəl bildirilib ki, Ukraynanın polis əməkdaşları Polşayla sərhəddə Saakaşvilini gözləyərək növbə çəkməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi