Yuxarı

Saakaşvili Poroşenkonu silahdaşlarının oğurlanmasında ittiham edib

Saakaşvili Poroşenkonu silahdaşlarının oğurlanmasında ittiham edib
O, üç silahdaşının oğurlanaraq Gürcüstana göndərildiyini iddia edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonuüç silahdaşının oğurlanmasını təşkil etməkdə günahlandırıb.

“Report” xəbər verir ki, o bu barədə "Facebook" səhifəsində yazıb.

"Mənim dostum, hərbçi, Donbasdakı müharibənin qəhrəmanı David Makişvili, həmçinin mənim keçmiş mühafizəçim və sürücümü küçədə, Poroşenkonun şəxsi sərəncamına əsasən bütün qanunları pozaraq oğurlayıblar", — deyə Saakaşvili yazıb.

Siyasətçi bildirib ki, onun üç silahdaşını xüsusi təyinatlıların müşayiəti ilə Ukrayna Milli Qvardiyasının təyyarəsində Gürcüstana göndəriblər. Saakaşvilinin sözlərinə görə, onların başlarına torba keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi