Saakaşvili polis avtomobilinin yük hissəsində olub - VİDEO

Saakaşvili polis avtomobilinin yük hissəsində olub - VİDEO Odessanın gələcək polislərinə amerikalı mütəxəssislərdən dərs alan kiyevli təlimatçılar təlim keçir
Digər ölkələr
18 Avqust , 2015 21:31
Saakaşvili polis avtomobilinin yük hissəsində olub - VİDEO

Bakı. 18 avqust. REPORT.AZ/ Avqustun 18-də Odessa Dövlət Daxili İşlər Universitetində Odessa vilayətinin rəhbəri Mixail Saakaşvilinin iştirakı il yeni patrul polisinin təlimləri keçirilib. 

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, yeni polislərə tədris zamanı aldıqları bacarıqlar nümayiş olunub. Nümayişdə polislərlə birgə Odessanın qubernatoru M.Saakaşvili də iştirak edib. 

Məlumata əsasən, M.Saakaşvili öz çıxışında patrul polisi əməkdaşlarının yüksək peşəkarlıq səviyyəsini vurğulayıb. Bundan başqa, Odessanın qubernatoru bildirib ki, peşəkar keyfiyyətlərə görə onlar Avropa və ABŞ polislərini qabaqlaya bilərlər. 

Xatırladaq ki, Odessanın gələcək polislərinə amerikalı mütəxəssislərdən dərs alan kiyevli təlimatçılar təlim keçir.

Son xəbərlər

Orphus sistemi