Yuxarı

Saakaşvili Kiyevdə saxlanılıb

Saakaşvili Kiyevdə saxlanılıb
Ukraynanın baş prokuroru da saxlanılması xəbərini təsdiqləyib

Bakı. 9 dekabr. REPORT.AZ/ Ukraynanın hüquq-mühafizə orqanları Odessa vilayətinin sabiq qubernatoru, "Yeni qüvvələr hərəkatı"nın rəhbəri Mixeil Saakaşvilini saxlayıblar.

"Report"un məlumatına görə, bu barədə "UNİAN" Saakaşvilinin tərəfdarı David Sakvarelidzeyə istinadən xəbər verib.

Belə ki, David Sakvarelidze özünün "facebook" səhifəsində "Saakaşvilini saxladılar. O, Askoldovaya, Ukraynanın Təhlükəsizlik Xidmətinə aparılır", - deyə yazaraq bildirib.

Ukraynanın baş prokuroru Yuri Luçenko da Saakaşvilinin saxlanılması xəbərini təsdiqləyib.

Qeyd edək ki, Saakaşvilinin təşkilatçılığı ilə Ukraynada hökumət əleyhinə etiraz aksiyaları keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi