Rusiyaya vizasız səfər edən ölkələrin vətəndaşları üçün prosedur dəyişdiriləcək

Rusiyaya vizasız səfər edən ölkələrin vətəndaşları üçün prosedur dəyişdiriləcək Rusiyada əcnəbilərdən məcburi qaydada barmaq izləri götürüləcək
Digər ölkələr
8 Noyabr , 2017 16:38
Rusiyaya vizasız səfər edən ölkələrin vətəndaşları üçün prosedur dəyişdiriləcək

Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkəyə vizaya ehtiyac duyulmadan gələn əcnəbilərdən barmaq izlərinin götürülməsi və şəkillərinin çəkilməsini icbari edən qanun layihəsi hazırlayır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Hökumət saatı" çərçivəsində Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev məlumat verib.

"Qanun layihəsi Rusiyaya vizasız rejim ilə gələn əcnəbilərə aid olacaq. Onlar ölkədə qalma üçün 30 günlük müddət başa çatdıqdan sonra DİN-in ərazi orqanını faktiki qaldığı yer barədə məlumatlandırmalıdır. Belə bildiriş verilən zaman onlardan məcburi qaydada barmaq izləri götürüləcək və şəkilləri çəkiləcək", - deyə V.Kolokoltsov bildirib.

O, hazırda qanun layihəsinin nazirlik daxilində razılaşdırılma prosedurunu keçdiyini əlavə edib.

Son xəbərlər

Orphus sistemi