Rusiyanın Vaşinqtondakı Ticarət Nümayəndəliyində axtarışlara başlanılıb

Rusiyanın Vaşinqtondakı Ticarət Nümayəndəliyində axtarışlara başlanılıb Duma: Bu, onların qeyri-peşəkarlığını göstərir
Digər ölkələr
2 Sentyabr , 2017 22:59
Rusiyanın Vaşinqtondakı Ticarət Nümayəndəliyində axtarışlara başlanılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın Vaşinqtondakı Ticarət Nümayəndəliyində axtarışlara başlanılıb

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Rusiya Dövlət Dumasından isə bildirilib ki, ABŞ hakimiyyətinin Baş Konsulluqda axtarış haqqında qərarı onların qeyri-peşəkarlığını göstərir. Dumanın beynəlxalq məsələlər üzrə komitə sədrinin müavini Aleksey Çepa əlavə edib ki, belə hərəkətlər "soyuq müharibə" vaxtlarını xarakterizə edir.

Daha əvvəl bildirilib ki, ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın San-Fransiskodakı Baş konsulluğunda axtarış aparmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi