​Rusiyanın Qazaxıstandakı səfirliyinin binası yanıb

​Rusiyanın Qazaxıstandakı səfirliyinin binası yanıb Hadisə zamanı ölən və yaralanan olmayıb
Digər ölkələr
22 Aprel , 2015 04:58
​Rusiyanın Qazaxıstandakı səfirliyinin binası yanıb

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiyanın Astanada yerləşən səfirliyinin binasında yanğın olub.

"Report" xəbər verir ki, hadisə zamanı ölən və yaralanan olmayıb.

"Yanğın barədə məlumat "101" qaynar telefon xəttinə daxil olub. Hadisə yerinə yanğınsöndürənlər gəlib və yanğın tam olaraq söndürülüb. Yanğın 15 kv metr sahəni əhatə edib. Damın taxta üzlüyü və qızdırıcısı yanıb. Ölən və yaralanan yoxdur", – deyə yanğınsöndürənlər məlumat veriblər.

Yanğının söndürülməsinə 7 ədəd əsas texnika, 8 ədəd xüsusi texnika və 60 nəfər şəxsi heyət cəlb olunub.

Yanğının səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi