Rusiyanın Müdafiə Nazirliyi: ABŞ Suriyada 50 min insanın humanitar yardım almasına çıxışı bağlayıb

Rusiyanın Müdafiə Nazirliyi: ABŞ Suriyada 50 min insanın humanitar yardım almasına çıxışı bağlayıb "Təcrid zonasına düşən qaçqın düşərgəsinin sakinləri qida və tibbi yardım ala bilmir"
Digər ölkələr
27 Noyabr , 2017 22:41
Rusiyanın Müdafiə Nazirliyi: ABŞ Suriyada 50 min insanın humanitar yardım almasına çıxışı bağlayıb

Bakı. 27 noyabr. REPORT.AZ/ ABŞ-ın Suriyadakı Ət-Tənfə hərbi bazası ətrafında 55 km-li zonanı bağlamaq qərarı 50 mindən çox insanı təcrid vəziyyətində qoyub.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi, general-leytenant Sergey Kuralenko deyib.

“ABŞ Ət-Tənfə hərbi bazası ətrafında 55 km-li zonanı bağlamaqla 50 mindən çox insanın təcrid edildiyi ərazi yaradıb. Humanitar yardıma ehtiyacı olan insanlara bu yardımın göstərilməsində əngəl yaradılması ilə presedentsiz vəziyyət yaradılıb" - deyə o bildirib.

Generalın sözlərinə görə, təcrid zonasına düşən qaçqın düşərgəsinin sakinləri qida və tibbi yardım ala bilmir. 

Son xəbərlər

Orphus sistemi