Bakı. 18 sentyabr. REPORT.AZ/ Rusiya və ABŞ arasında Suriya üzrə razılaşma koalisiyanın hökumət qüvvələrini bombardıman etməsinə görə indi sual altındadır.
"Report" xəbər verir ki, bunu Rusiyanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasının təcili iclasından sonra jurnalistlərə açıqlamsında deyib.
"İndi ciddi sual işarəsi qoymaq olar", - deyə V.Çurkin Rusiya və ABŞ arasında Suriya üzrə razılaşmanın pozulub-pozulmaması ilə bağlı sualı cavablandırarkən bildirib.