Berinq dənizi sahillərində zəlzələ olub

Berinq dənizi sahillərində zəlzələ olub Xəsarət alanlar, dağıntılar, sunami təhlükəsi barədə məlumat verilmir
Digər ölkələr
3 İyun , 2017 03:30
Berinq dənizi sahillərində zəlzələ olub

Bakı. 3 iyun. REPORT.AZ/ Berinq dənizində, Aleut adaları ilə Rusiya ərazisi arasında 6,9 maqnitudalı zəlzələ olub.

"Report"un məlumatına görə, bu barədə "TASS" xəbər verir.

Xəbərdə bildirilir ki, yeraltı təkanların episentri Attu adasından - ABŞ-ın qərbdəki ən ucqar arxipelağından 182 kilometr şimal-qərbdə, Rusiyanın Komandor adalarından 150 kilometr məsafədə yerləşib. Zəlzələ ocağı 31 kilometr dərinlikdə olub.

ABŞ-ın Geologiya Xidməti isə Alyaskada 6,8 maqnitudalı zəlzələnin baş verməsi barədə məlumat yayıb.

Xəsarət alanlar və dağıntılar, həmçinin sunami təhlükəsi barədə məlumat daxil olmayıb. 

Son xəbərlər

Orphus sistemi