Yuxarı

Rusiyanın bayrağı bu ölkənin ABŞ-dakı diplomatik binasının üzərindən götürülüb

Rusiyanın bayrağı bu ölkənin ABŞ-dakı diplomatik binasının üzərindən götürülüb

Rusiya XİN məsələ ilə bağlı kəskin etiraz edib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiyanın bayrağı bu ölkənin ABŞ-dakı diplomatik binasının üzərindən götürülüb.

"Report" xəbər verir ki, bu barədə RİA "Niovosti" məlumat yayıb. 

Rusiyanı ABŞ-dakı səfirliyi məsələ ilə bağlı kəskin etiraz edib.  

"San-Fransiskoda yerləşən və ABŞ-ın hakimiyyət orqanları nəzarəti altında olan diplomatik daşınmaz əmlak obyektlərimizin üzərindən Rusiya bayraqlarının götürülməsi ilə bağlı qəti etiraz göndərilib. Bunu qeyri-dost addım kimi qiymətləndiririk. Biz Rusiya dövlət rəmzlərini dərhal yerinə qaytarmağı və belə bir hadisənin yenidən təkrarlanmamasını tələb edirik”, – deyə səfirlyin bəyanatında deyilir.

Ötən ayın əvvəli Rusiyanın San-Fransiskodakı Baş Konsulluğu, Vaşınqtondakı Ticarət Nümayəndəliyi, eləcə də Nyu-Yorkdakı Ticarət Nümayəndəliyinin binaları Dövlət Departamentinin tələbi ilə ABŞ tərəfinə verilib. Dövlət Departamenti sentyabrın 2-dək San-Fransiskoda Baş Konsulluğu, Nyu-Yorkdakı Ticarət Nümayəndəliyi və daha 2 kirayə obyektin bağlanılmasını tələb edib. Buna səbəb Rusiyanın öz ərazisindəki ABŞ-ın diplomatik missiyalarının əməkdaşlarının sayının azaldılması ilə bağlı təklifi göstərilib. Rusiya bunu qeyri-dost addım kimi qiymətləndirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi