Rusiyanın baş naziri: “Silah ixracını 20 milyard dollaradək artırmaq istəyirik”

Rusiyanın baş naziri: “Silah ixracını 20 milyard dollaradək artırmaq istəyirik” Onun sözlərinə görə, ABŞ-dan sonra Rusiya dünyada ikinci silah tədarükçüsüdür
Digər ölkələr
15 Dekabr , 2016 13:54
Rusiyanın baş naziri: “Silah ixracını 20 milyard dollaradək artırmaq istəyirik”

Bakı. 15 dekabr. REPORT.AZ/ ”Rusiyanın silah ixracı indiki 17 milyard dollardan 20 milyard dollaradək arta bilər”.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dmitri Medvedev ”Ostankino” televiziya mərkəzində rusiyalı jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-dan sonra Rusiya dünyada ikinci silah tədarükçüsüdür: “Bizim istəyimizdən asılı olmayaraq, dünyada silaha ehtiyac var. Rusiya da bu ehtiyacın ödənilməsi üzərində işləyir”.

Son xəbərlər

Orphus sistemi