Rusiyanın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə mərhum səfir Andrey Karlovun adı verilib

Rusiyanın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə mərhum səfir Andrey Karlovun adı verilib Türk deputatlar küçənin səfirin adına əbədiləşdirilməsi təklifini yekdilliklə dəstəkləyiblər
Digər ölkələr
9 Yanvar , 2017 22:44
Rusiyanın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə mərhum səfir Andrey Karlovun adı verilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyanın Türkiyənin paytaxtı Ankara şəhərindəki səfirliyinin yerləşdiyi küçəyə dekabrın 19-da qətlə yetirilmiş səfir Andrey Karlovun adı verilib.

"Report" xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti Ankara bələdiyyəsinin yazılı bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, türk deputatlar küçənin səfirin adına əbədiləşdirilməsi təklifini bələdiyyənin toplantısında yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, küçələrdən birinə səfirin adının verilməsi təşəbbüsünü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Andrey Karlovun qətlindən bir gün sonra irəli sürmüşdü.

Son xəbərlər

Orphus sistemi