Yuxarı

Rusiyanın 6 milyondan çox vətəndaşı Vladimir Putinin canlı yayımını izləyib

Ötən il Putinin canlı yayımını 7 milyondan çox rusiyalı izləmişdi

Bakı. 19 iyun. REPORT.AZ/ Rusiyanın 6 milyondan çox vətəndaşı iyunun 15-də "Vladimir Putinlə canlı yayım" proqramını izləyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidenti ilə sayca 15-ci canlı yayım təxminən 4 saat davam edib.

Bu müddət ərzində dövlət başçısına 70-dən çox suala cavab verib.

Qeyd edək ki, ötən il V.Putinin canlı yayımını 7 milyondan çox rusiyalı izləmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi