Rusiyalı jurnalistlər Kosovoda saxlanılıb

Rusiyalı jurnalistlər Kosovoda saxlanılıb Media mənsublarının çəkiliş avadanlığı əllərindən alınıb
Digər ölkələr
16 Sentyabr , 2016 02:41
Rusiyalı jurnalistlər Kosovoda saxlanılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ "News Front" ağentliyinin rusiyalı jurnalistlər qrupu Kosovoda saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə agentliyin rəhbəri Konstantin Knırik "İnterfaksa" bildirib.

"News Front"un serb redaksiyasının rəhbəri, Rusiya vətəndaşı Oksana Sazonova, həmçinin operator Serqey Belous Kosovo ərazisindəki pravoslav məbədlər, həmçinin albanlar və serblərin regionunda birgə yaşamaları haqqında süjetin çəkilişi zamanı polis tərəfindən saxlanılıb. Jurnalistlər Kosovo haqqında sənədli filmi çəkməyi planlaşdırırdılar", - deyə Knırik bildirib.

O bildirib ki, saxlanılanlar Priştinaya gətiriliblər.

"Jurnalistlərin çəkiliş avadanlığı əllərindən alınıb. Onlara Serbiya və Rusiya ilə əlaqə saxlamağa imkan verilmir", - deyə o Knırik əlavə edib. 

Son xəbərlər

Orphus sistemi