Rusiyadan Yəmənə buğda aparan yük gəmisi raketlə vurulub

Rusiyadan Yəmənə buğda aparan yük gəmisi raketlə vurulub Hadisə zamanı xəsarət alan olmayıb
Digər ölkələr
15 May , 2018 01:19
Rusiyadan Yəmənə buğda aparan yük gəmisi raketlə vurulub

Bakı. 15 may. REPORT.AZ/ Rusiyadan Yəmənə buğda daşıyan yük gəmisi üzərinə raket düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Bloomberg" yazıb.

Gəmi İstanbulda yerləşən "Ince Shipping Group" şirkətinə məxsusdur. Onun göyərtəsində Novorossiyskdə yüklənmiş təqribən 50 min ton buğda olub. Yükün alıcısı "Fahem Group" şirkətidir. Mayın 10-da Yəmən sahillərindən 113 km məsafədə olan gəmiyə naməlum istiqamətdən raket atılıb.

Raket gəminin anbarına düşərək partlayıb. Heyət üzvlərindən xəsarət alan olmayıb. Yükə ziyan dəyməyib, lakin gəminin təmirə ehtiyacı var.

Agentliyin məlumatına görə, hadisədən sonra gəmi Səudiyyə Ərəbistanının Cizan limanına göndərilib və hazırda liman yaxınlığındadır. Yükün Yəmənə nə zaman aparılacağı məlum deyil.

Son xəbərlər

Orphus sistemi