Rusiyada zəlzələ olub

Rusiyada zəlzələ olub Dağıntı və ya tələfat barəsində məlumat verilmir
Digər ölkələr
31 Avqust , 2017 03:49
Rusiyada zəlzələ olub

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiyanın Kamçatka diyarında, Komandor adaları yaxınlığında 4,5 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:31-də Komandor adaları yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri 62,5 kilometr dərinlikdə, 53,9 dərəcə şimal enliyi ilə 169,8 şərq eni koordinatında yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi