Rusiyada yük avtomobili sərnişin avtobusu ilə toqquşub: 2 ölü, 31 yaralı

Rusiyada yük avtomobili sərnişin avtobusu ilə toqquşub: 2 ölü, 31 yaralı Hadisə Ryazan vilayətində baş verib
Digər ölkələr
6 Aprel , 2017 04:10
Rusiyada yük avtomobili sərnişin avtobusu ilə toqquşub: 2 ölü, 31 yaralı
Foto: "RİA Novosti"

Bakı. 6 aprel. REPORT.AZ/ Rusiyada yük avtomobili sərnişin avtobusu ilə toqquşub.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Ryazan vilayətində, Mixaylovsk rayonunda, M-6 "Kaspiy" federal yolunun 215-ci kilometrliyində baş verib. Qəza nəticəsində 2 nəfər həlak olub, daha 31 nəfər xəsarət alıb.

Ölənlərdən birinin "Moskva-Elista" sərnişin avtobusunun sürücüsü, digəri isə sərnişindir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hələlik hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.    

Son xəbərlər

Orphus sistemi